Ardıcıl 5-ci çempionluq: Qurbanov Mircavadovun rekordunu təkrarladı

Sayta qoyulub: 20:38 22.04.2018 (92 dəfə oxunub)

 

Bu gün Topaz Premyer Liqasında ölkə çempionunun adı bəlli olub. Ümumilikdə 6-cı dəfə qızıl medallara yiyələnən “Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında çempionluq sevinci yaşayıb. Bununla da 46 yaşlı mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb. Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir, bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.
Ümumilikdə 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov,  Valentin Xodukin, Qyoko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıb.
 
mövsüm çempion
 
1992 Əhməd Ələsgərov
1993 Ağasəlim Mircavadov
1993/94 Kazbek Tuayev
1994/95 Mehman Allahverdiyev
1995/96 Kazbek Tuayev
1996/97 Kazbek Tuayev
1997/98 Mehman Allahverdiyev
1998/99 Mehman Allahverdiyev
1999/2000 Ağasəlim Mircavadov
2000/01 Ağasəlim Mircavadov
2001/02 yarımçıq qalıb
2002/03 Keçirilməyib
2003/04 Kazbek Tuayev
2004/05 Ağasəlim Mircavadov
2005/06 Böyükağa Hacıyev
2006/07 Ağasəlim Mircavadov
2007/08 Valentin Xodukin
2008/09 Qyoko Hacievski
 2009/10 Kaxaber Sxadadze
2010/11 Arif Əsədov
2011/12 Böyükağa Hacıyev
2012/13 Böyükağa Hacıyev
2013/14 Qurban Qurbanov
2014/15 Qurban Qurbanov
2015/16 Qurban Qurbanov
2016/17 Qurban Qurbanov
2017/18 Qurban Qurbanov

XƏBƏR LENTİ