Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Rauf Məmmədov: "Maqnusla heç-heçəni qələbə kimi qəbul etmək olmaz"

Sayta qoyulub: 09:19 22.04.2018 (54 dəfə oxunub)

Azərbaycan şahmatçısı Rauf Məmmədov "ShamkirChess2018" superturnirinin III turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.

Bu nəticəylə razılaşmayan norveçli şahmatçı ənənəvi mətbuat konfransında iştirak etməyib. Partiyadan sonra Rauf Məmmədov yarışın rəsmi saytının suallarına cavab verib.

Rauf niyə mətbuat konfransında təksən?

- Onu Maqnus Karlsendən soruşun. Təbii ki, nəticədən narazıdır. Normal yanaşıram. Maqnus dünya çempionu və FİDE reytinqində lider şahmatçıdır. Mən isə Şəmkirdə reytinqə görə sonuncu iştirakçıyam. Buna qədər ona dəfələrlə uduzmuşam. Maqnusa məğlubiyyətim normaldır. O dünya çempionudur və məndən güclü şahmatçıdır.

Mətbuat konfransına gəlmədi. Yəqin bu nəticəylə razılaşmır?

- Bu onun işidir. Mənim üçün fərqi yoxdur. Maqnus mətbuat konfransına gəldi və ya gəlmədi. Bu onun qərarıdır. Hər kəs özünə cavabdehdir.

Debütdən sonra vəziyyət deyəsən xeyrinə deyildi?

- Daha diqqətli oynayırdım. Bir-iki gedişi tez oynadım. Sonra fikirləşirdim - sakit ya da prinsipial oynamaq arasında seçim etmək lazım idi. İkinci variantı seçdim. Prinsipial olaraq diqqətli oynayırdım. Amma bir məqamda gedişləri unutdum. Maqnus vəziyyəti bərabərləşdirdi, hətta kiçik üstünlük qazana bilərdi.

Oyundan əvvəl heç-heçə olacağını söyləsəydilər razılaşardın?

- Şahmatda üç nəticə mümkündür. Qələbə, məğlubiyyət və heç-heçə. Hər oyunda yaxşı nəticə qazanmağa çalışıram. Belə güclü heyətdə çıxış etmək adama ləzzət edir. Adətən açıq turnirlərdə mübarizə aparıram. Superturnirlərdə az hallarda oynamışam. Ona görə reytinqimə artırmağa çalışacağam. Mənə dəstək olan insanlara təşəkkür edirəm. Maqnusla partiyadan əvvəl dostlarım mənə uğurlar arzulamışdı, çoxlu zənglər almışdım. Belə diqqəti görmək xoşdur. Hər gün dünya çempionuna qarşı mübarizə aparmıram. Ona görə "ShamkirChess" turnirini çox bəyənirəm. Qalan 6 turda da yaxşı oynamaq üçün hazırlaşacağam.

Yarışdan əvvəl rəsmi sayta müsahibədə demişdin ki, Şəmkirdə fərqli Raufu görəcəksiniz. Siz nəyi nəzərdə tuturdunuz?

- Ötənilki Raufla indikinin fərqi var. Demişdim ki, Şəmkirdə başqa Raufu görəcəksiniz. Çünki arıqlamışam. Düz 23 kiloqram çəki atmışam.

İndiyə qədər klassik şahmatda və blitsdə Maqnusa uduzmusan. Bu ilk heç-heçə oldu. Bu nəticəni qələbə kimi qəbul etmək olar?

- İlk dəfə heç-heçə oynamışam Maqnusla. Heç-heçə bərabərlikdir. Bu nəticəni qələbə kimi qəbul etmək olmaz. Qələbə tamam başqadır.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat