"Sumqayıt" "Qarabağ"la oyunun hazırlığına başladı

Sayta qoyulub: 09:58 21.04.2018 (106 dəfə oxunub)

"Sumqayıt" "Qarabağ"la oyunun hazırlığına başladı

“Keşlə” ilə oyundan sonra 1 günlük istirahət edən “Sumqayıt” məşqləri bərpa edib.

Samir Abasovun komandası doğma arenada məşqə çıxıb. Zədəsini bərpa edən kapitan Vurğun Hüseynov fərdi hazırlıqla kifayətlənib. 1 saat davam edən məşq prosesində müxtəlif toplu çalışmalar edilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması aprelin 22-də keçiriləcək və saat 19:00-da start götürəcək.

XƏBƏR LENTİ