"Beşiktaş"ın prezidenti Bakıya gəlir

Sayta qoyulub: 09:24 21.04.2018 (101 dəfə oxunub)

"Beşiktaş"ın prezidenti Bakıya gəlir
 

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikrət Orman bu gün Azərbaycana səfər edəcək. Səfər bir günlük planlaşdırılır. Belə ki, ölkəmizdə onun adına futbol turniri təşkil ediləcək. Klub prezidenti Azərbaycan "Beşiktaş"lılar Dərnəyi tərəfindən təşkil olunan turnirin açılışını etmək üçün Bakıya gəlir. O, 1903 Qara Qartallar Dərnəyinin prezidenti Cengiz Sarıkaya ilə birlikdə ölkəmizdə yaşayan "Beşiktaş" azarkeşləri ilə də görüşəcək. Orman axşam saatlarında İstanbula dönəcək və komandasının "Yeni Malatyaspor"la oyununu tribunadan izləyəcək.

XƏBƏR LENTİ