Quardiola İnyestanın mümkün gedişi hqada:"Ondan yaxşısını tapmaq mümkün deyil"

Sayta qoyulub: 19:38 20.04.2018 (276 dəfə oxunub)

Mançester Sitinin baş məşqçisi Xosep Quardiola Andres İnyestanın Barselonadan mümkün gedişinə münasibət bildirib.

 

«Nə qədər doğru olduğunu bilmirəm. Sözsüz ki, ona ən yaxşı şeyləri diləyirəm. Mən böyük məmnuniyyətlə onunla birlikdə çalışmışam.

 

Onun İspaniya futbolu və Barselonaya bu 15 il ıərzində hansı irs bəxş ediyini təsəvvür edə bilməzsiniz. Səviyyə ən yüksək həddir.

 

İnyesta – futbolu hərtərəfli başa düşən nadir oyunçulardan biridir.Ondan yaxşısını tapmaq qeyri-mümkündür.

 

O gənclərə oynamağı , topu necə saxlamağı öyrədir. Bu bir nümunədir», – deyə Quardiola qeyd edib.

XƏBƏR LENTİ