Barsanın futbolçusu müqaviləni uzatmaqdan boyun qaçıraraq Mançester Sitiyə keçir

Sayta qoyulub: 07:47 19.04.2018 (430 dəfə oxunub)

Barselonanın hücumammeylli yarımmüdafiəçisi Adria Bernabe yayda komandanı tərk edəcək.

 

16 yaşlı futbolçu müqavilənin sonunda Mançester Sitiyə keçəcəyini bildirib.

 

Agentləri Karles Puyol və İvan De La Penya olan futbolçu bir müddət əvvəl Arsenaldan gələn təklifi rədd etmişdi.

 

Xatırladaq ki, futbolçu 12 yaşından Barsanın akademiyasındadır.

 

 

XƏBƏR LENTİ