Ayxan Abbasovla azarkeşlər arasında qalmaqal

Sayta qoyulub: 20:22 15.04.2018 (153 dəfə oxunub)

 

Ayxan Abbasovla azarkeşlər arasında qalmaqal
 

Topaz Premyer Liqasının 23-cü turunun “Zirə” – “Neftçi” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovla yerli azarkeşlər arasında qalmaqal baş verib. Mütəxəssis texniki zonadan azarkeşlərin "istefa" şüarına kəskin şəkildə reaksiya verib. O, su qabını təpikləyib, azarkeşə etiraz edib. Bundan sonra oyunun baş hakimi Rəhim Həsənov Ayxan Abbasovu texnik zonadan uzaqlaşdırıb. Qeyd edək ki, "Neftçi" rəqibini 3:0 hesabıyla məğlub edib.

XƏBƏR LENTİ