İlk qalib Fettel oldu

Sayta qoyulub: 09:32 25.03.2018 (247 dəfə oxunub)

Formula 1 üzrə növbəti dünya çempionatına start verilib.

Çempionatın ilk yarışı Avstraliyada baş tutub.

Pouldan start verən Lyuis Hamilton virtual təhlükəsizlik maşınının trasa çıxması nəticəsində liderliyi Fettelə verib. Alman pilot yarışın sonuna qədər üstünlüyü əldən verməyərək qalib olub.

Podiumun 2-ci pilləsi Hamiltona , 3-cüsü isə Kimi Raykonenə qismət olub. 

Yerli pilot Daniel Rikardo 4-cü olduğu halda , Fernando Alonso 5-ci yerdə qərarlaşıb.

XƏBƏR LENTİ