Ferrari balans problemi yaşayır?

Sayta qoyulub: 09:13 20.03.2018 (117 dəfə oxunub)

İtaliya mətbuatı xəbər verir ki, Ferrari təkər bazasını uzatdıqdan sonra problem yaşayır və buna görə də trasdakı məlumatlarla aerodinamik borudakı məlumatlar üst-üstə düşmür.

F-1.az xatırladır ki, Ferrari bu il təkər bazasını uzatsa da, bolidin uzunluğuna görə Mercedes-dən geri qalır.

Lyuis Həmilton əsas rəqiblərinin Red Bull komandası olacağını düşünür. Avstriya təmsilçisi mövsümün açılış yarışına çoxlu yenilik gətirəcək və bu, onlara 0.2-0.3 saniyə qazandıra bilər. Ferrari də Mercedes-i keçmək üçün əlindən gələni etsə də, Red Bull-u unutmamalıdır.

Keçən il Mercedes mövsümün əvvəlində sazlanmalarda problem yaşamışdı. Red Bull mövsümə pis başlasa da, yay tətilindən sonra mükəmməl performans göstərə bilmişdi. Mercedes qışda təkər bazası uzun olan bolidinin sazlanma problemlərini həll edib. Ferrari-nin isə hazırda vəziyyəti bilinməsə də, böyük ehtimalla ilk yarışda tam performansını göstərə bilməyəcək. Yeni bolid keçən il 5 yarış qazanmış SF70H-dan çox fərqlənir. Ferrari bu il aerodinamika cəhətdən yaxşı olmasa da, bir mühərriklə testləri tamamlaya bilib.

XƏBƏR LENTİ