Almaniyanın paytaxtı Berlində şəhərində keçirilən şahmat tacına iddiaçılar turnirində 2-ci dövrəyə start verilib. Yarışın 8-ci turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakinlə üz-üzə gəlib. Tərəflər 30-cu gedişdən sonra heç-heçəyə razılaşıb. Məmmədyarov bu nəticədən sonra xalını 5-ə çatdırıb. İdmançımız dünən Aleksandr Qrişukla heç-heçə etmişdi.
8-ci tur
Aleksandr Qrişuk (Rusiya) - Vladimir Kramnik (Rusiya)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Liren Dinq (Çin) - Levon Aronyan (Ermənistan)
Uesli So ( ABŞ) - Fabiano Karuana (ABŞ)
Turnir cədvəli: Karuana, Məmmədyarov – 5 xal, Qrişuk, Kramnik, Dinq, Karyakin - 3,5, Aronyan, So – 2,5