Elxan Məmmədov və Qurban Qurbanov yığma üzvləri ilə görüşdü (Qalereya)

Sayta qoyulub: 18:11 19.03.2018 (193 dəfə oxunub)

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. AFFA-nın saytının yaydığı xəbərə görə, Elxan Məmmədov və Qurban Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.

Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Komandamız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.

XƏBƏR LENTİ