AFFA Birinci divizion klubuna texniki məğlubiyyət verdi

Sayta qoyulub: 14:33 19.03.2018 (107 dəfə oxunub)

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda birinci divizionun 18-ci turunun oyunları müzakirə olunub və qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

MOİK – “Binə” matçında meydan sahiblərinin  heyətində cəzalı olan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, “hərbçilər” 400 manat məbləğində cərimə olunub.


XƏBƏR LENTİ