Superliqa: "Lokomotiv" liderliyini möhkəmləndirdi

Sayta qoyulub: 10:10 19.03.2018 (201 dəfə oxunub)

Voleybol üzrə ölkə birinciliyində kişilərin mübarizəsində növbəti turun oyunları keçirilib. Yüksək Liqanın 8-ci turu çərçivəsində ilk olaraq meydana "Neftçi" və "Lokomotiv" kollektivləri çıxıblar. 


Görüş çempionatın liderinin üstünlüyü ilə keçib. "Loko" 3 hissə davam edən oyunda quru hesablı qələbəyə sevinib. Növbəti 3 xalını qazanan komanda bununla liderliyini möhkəmlədib.  


Turun növbəti qarşılaşması "U-18" ilə "Sərhədçi" arasında baş tutub. Görüş gərginliyi ilə yadda qalıb. 5 hissə davam edən oyunda 3:2 hesablı qələbə qazanan "Sərhədçi" sensasiyaya imkan verməyib. 

 

Günün sonun görüşündə "Moik" klubu "Eksperess"i sınağa çəkib. Matç gözlənildiyi kimi birincilərin quru hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Yüksək Liqa

VIII tur

   "Neftçi" - "Lokomotiv" 0:3 (22:25, 17:25, 17:25)
   "U-18" - "Sərhədçi" 2:3 (27:25, 14:25, 20:25, 26:24, 13:15)
   "MOİK" - "Ekspress" 3:0 (25:18, 25:20, 29:27)

XƏBƏR LENTİ