S.Vandorn heç nə bilmir

Sayta qoyulub: 08:27 19.03.2018 (154 dəfə oxunub)

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Renault mühərriklərinə keçsələr də, harada olduqlarını bilmirlər.

F-1.az xatırladır ki, mövsümöncəsi testlərdə “narıncılar” keçən ilə nisbətən ən çox inkişaf etmiş kollektiv olublar.

Stoffel Vandorn: “Harada olduğumuzu hələ bilmirəm. Bunu demək tezdir. Mövsümün başlanğıcını gözləməliyik. Boliddə özümüzü yaxşı hiss etsək də, proqnoz vermək istəmirik. Bunun əvəzinə çox işləyib bolidi təkmilləşdirmək lazımdır”.

XƏBƏR LENTİ