Şəhriyar qalib gəlib liderliyə yüksəldi

Sayta qoyulub: 22:16 16.03.2018 (185 dəfə oxunub)

Berlində iddiaçıların turniri davam edir.

Bu gün Almaniya paytaxtında 6-cı turun oyunları keçirilib

Şəhriyar Məmmədyarov ağ fiqurlarla əsas favoritlərdən biri , keçmiş dünya çempionu Vladimir Kramnik üzərində qələbə qazanıb.

Bu tura qədər lider olan Fabiano Karuano Qrişukla heç-heçə edib. Nəticəfə Karuana ilə Şəhriyarın xalları bərabərləşib.

Digər iki oyundan birində Uesli So Aronyanı məğlub edib. Dinq Karyakin partiyasında isə bərabərlik qeydə alınıb.

Qeyd edək ki, 7-ci turun oyunları bazar günü keçiriləcək. Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı şahmatçı Qrişukla qarşılaşacaq. 

XƏBƏR LENTİ