L.Stroll özünü lider saymır

Sayta qoyulub: 19:45 16.03.2018 (127 dəfə oxunub)

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, özünü komandanın lideri kimi görmür.

F-1.az xatırladır ki, kanadalı sürücü karyerasına keçən il başlayıb. Komanda yoldaşı Sirotkin isə bu il debüt edəcək.

Ləns Stroll: “Komandanın lideri demək olmaz. Sergeydən 1 il çox yarışmışam. Amma həmişə bir yerdə işləyirik. Birinci və ya ikinci sürücü vəziyyəti yoxdur. Biz komandayıq və sahib olduğumuz paketdən maksimum faydalanmaq istəyirik. Komanda yoldaşımın kim olduğu məni maraqlandırmır. Mənim hədəfim özümü təkmilləşdirməkdir”.

XƏBƏR LENTİ