İngiltərə DÇ-2018-dən imtina edəcəkmi? - baş məşqçi danışdı

Sayta qoyulub: 21:22 15.03.2018 (306 dəfə oxunub)

İngiltərə DÇ-2018-dən imtina edəcəkmi? - baş məşqçi danışdı

 

“Əlbəttə, bu ciddi məsələdir. Amma mənim vəzifəm öz işimə diqqət yetirmək və komandanı hazırlamaqdır”. Bu sözləri İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt yerli mətbuata açıqlamasında deyib. Hökumətin yayda Rusiyada keçiriləcək dünya çempionatını boykot etmək qərarına münasibət bildirən mütəxəssis turnirdə iştirak edəcəklərini söyləyib: “Biz dünya çempionatına getməyə hazırlaşırıq. Heç şübhəsiz, bu, bizim etməli olduğumuz işdir. Bununla yanaşı, futbolçularımız və azarkeşlərimizin təhlükəsizlik tədbirlərini də planlaşdırmalıyıq”. Qeyd edək ki, İngiltərə hakimiyyəti milli komandanın dünya çempionatından imtina edə biləcəyini açıqlayıb.

XƏBƏR LENTİ