Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Qurbanov millinin heyətini açıqladı

Sayta qoyulub: 21:05 15.03.2018 (163 dəfə oxunub)

Azərbaycan millisinin Belarus və Makedoniya ilə yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb. Baş məşqçi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib.

Onlardan cəmi 3-ü - Pavel Paşayev, Araz Abdullayev və Dmitri Nazarov legionerdir. Ən çox - 6 oyunçu "Neftçi"dən çağırılıb. "Qarabağ" yığmada 5, "Sumqayıt" 4, "Qəbələ" 3, "Keşlə", "Səbail" və "Kəpəz" isə 1 futbolçu ilə təmsil olunacaq. Onların arasında ilk dəfə dəvət olunanlar da var.

Təlim-məşq toplanışı bu gün start götürəcək. Bakıda 10 gün davam edəcək hazırlıq prosesi müddətində martın 23-də Belarus yığması ilə yoldaşlıq görüşü keçiriləcək.

Martın 25-də komanda toplanışın növbəti mərhələsi üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq. Martın 27-də Antalyadakı "Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Milliyə dəvət olunmuş futbolçuların siyahısı:

 

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi “Neftçi”);

 

Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov (“Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);

 

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (“Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dimitri Nazarov (“Aue”, Almaniya);

 

Hücumçular: Amil Yunanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Qəbələ”).

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat