FİA-nın əməkdaşı Ferrari-yə keçib

Sayta qoyulub: 08:42 15.03.2018 (96 dəfə oxunub)

FİA-nın yarış direktoru köməkçisi Loren Mekis gözlənilmədən postundan istefa verib.

F-1.az Ferrari-nin mətbuat katibinə istinadən xəbər verir ki, Mekis sentyabr ayından Mattia Binottanın köməkçisi olacaq.

FİA bu barədə belə açıqlama verib: “Mekis iyunun sonuna qədər təhlükəsizlik bölməsinin direktoru olacaq. Ancaq Formula1-in idman direktoru köməkçisi vəzifəsindən istefa verəcək”.

Mekis 2014-cü ildən FİA-nın bütün təhlükəsizlik işlərində iştirak etmişdi. 2017-ci ildə isə Çarli Uaytinqin köməkçisi təyin edilmişdi.

XƏBƏR LENTİ