İnyesta aprelin 30-na qədər qərarını verəcək

Sayta qoyulub: 08:39 15.03.2018 (163 dəfə oxunub)

Barselonanın kapitanı Andres İnyesta müqaviləsi ilə bağlı məlumat verib.

 

33 yaşlı futbolçunun Barsa ilə ömürlük müqaviləsi var. Lakin yarımmüdafiəçi bu müqviləni istədiyi vaxt pozmaq hüququna malikdir. Bunun üçün o , ən geci hər ilin aprelin 30-na qədər klubu xəbərdar etməlidir.

 

«Qərarımı klubla müzakirə edəcəyəm.Bundan sonra sizə də xəbər verəcəyəm. Bu aprelin 30-na qədər baş verməlidir.2 variant var: ya Barsada qalıram , ya da gedirəm.

 

Bunu müqaviləni uzadarkən də bildirmişdim. O vaxtdan heç nə dəyişməyib», – deyə İnyesta bildirib.

XƏBƏR LENTİ