"Qurban Qurbanov "Kəpəz"dən heç kimi milliyə çağırmaz"

Sayta qoyulub: 08:35 15.03.2018 (155 dəfə oxunub)

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 20-ci turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə matç haqda fikirlərini bölüşüb.

- İlk növbədə "Sumqayıt"ı təbrik edirəm. Qalib gəlmək istəyirdik. Komandamız pis təsir bağışlamadı. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə oyunu rəqibə verdik. Onlar isə iki zərbə vurdu və qol oldu.

- Uğursuzluq sindromunu nə ilə bağlayırsınız?

- Psixoloji cəhətdən ola bilər. Həmişə ikinci hissənin sonlarında qol buraxırıq. Ona görə səhvlər olur.

- Dario Federiko sanki süni meydançada özünü qoruyurdu...

- Dario texnikalı oyunçudur. Rəqib də bunu bildiyi üçün ona yaxın oynayırdı. Ona görə də oyunu alınmadı. Yəni, süni meydança olduğu üçün deyil.

- "Kəpəz"dən kiminsə milliyə çağrılacağını gözləyirsiniz?

- Bəlkə də autsayder olduğumuz üçün heç kimi çağırmaz. Amma bu, Qurban müəllimin səlahiyyətindədir. Özü necə məsləhət bilsə, elə də edəcək

XƏBƏR LENTİ