Yuri Maksimov istefa məsələsinə münasibət bildirdi

Sayta qoyulub: 08:49 14.03.2018 (170 dəfə oxunub)

Yuri Maksimov istefa məsələsinə münasibət bildirdi

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olmadığını təsdiqləyib. Ukraynalı mütəxəssis deyib: "Bunun səbəbi var idi. Amma həmin səbəblər haqqında danışmaq istəməzdim".  

Qeyd edək ki, Maksimovun Topaz Premyer Liqanın ötən turunda "Neftçi"yə məğlubiyyətdən sonra istefa verəcəyi haqda məlumat yayılmışdı. 

XƏBƏR LENTİ