Ufuk Budak millimizdən kənarda qala bilər

Sayta qoyulub: 13:35 13.03.2018 (110 dəfə oxunub)

“Samsunspor”un müdafiəçisi Ufuk Budak zədələnib. PTT birinci liqanın son turunda qasıq nahiyyəsindən xəsarət alan futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı söylənilir. Ancaq onun nə vaxt sıraya qayıdacağı açıqlanmayıb.

Yenidən millimizə dəvət ediləcəyi gözlənilən Budakın zədəyə görə komandamızın qarşıdakı toplanışından kənarda qalacağı istisna olunmur.

Qeyd edək ki, yığmamız martın 23-də Bakıda Belarus, 27-də isə Antalyada Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.

XƏBƏR LENTİ