P.Vaşe Red Bull-un texniki direktoru təyin olunub

Sayta qoyulub: 13:12 13.03.2018 (105 dəfə oxunub)

 

 

Formula1 tarixinin ən uğurlu konstruktoru Ədrian Nyui özünün Red Bull-dakı səlahiyyətlərini tədricən digər əməkdaşlara ötürməyə başlayıb.

F-1.az bildirir ki, Nyui uzun illər Rob Marşal. Pol Monaqan və Pyer Vaşe kimi komandada müəyyən vəzifələri olan mühəndislərə rəhbərlik edib. Lakin bu mövsüm müəyyən dəyişikliklər baş verib. Əvvəllər baş yarış mühəndisi kimi fəaliyyət göstərən Pyer Vaşe komandanın yeni texniki direktoru təyin olunub.

Pyer Vaşe: “Mən bu vəzifə və hansı risklərin olması barədə özümə hesabat verirəm. Lakin məsuliyyətdən qorxmuram. Yaxşı nəticələr göstərməli olduğumuzu bilirəm, nəyə qadir olduğumu sübut etmək istəyirəm”.

Red Bull-dan əvvəl Michelin və Sauber-də çalışan 45 yaşlı Pyer bu vəzifəni ona Nyuinin təklif etdiyini bildirib: “O, özü məni seçdi və bu, məni təsirləndirdi. Hər şeyi tamamilə dəyişməyəcəm, amma, əlbəttə, öz yolumla gedəcəm. Ədrian daha çox aerodinamika ilə məşğul olduğu halda, mən yerə bağlıyam: məni təkərlərlə işləmək kimi mürəkkəb bir sahə özünə cəlb edir”.

 

XƏBƏR LENTİ