Superliqada 8-ci tur keçiriləcək

Sayta qoyulub: 12:39 13.03.2018 (135 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII tura start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turda liderlər autsayderləri sınağa çəkəcəklər.

Günə “Azərreyl” – “Lokomotiv” qarşılaşması ilə start veriləcək. “Dəmiryolçular”ın duelində Famil Ağayevin yetirmələrinin asan qələbə qazanacağı gözlənilir. Turnir cədvəlinin lideri olan “Azərreyl”in ilk 2 dövrədə olduğu kimi bu dəfə də “quru hesabla” qalib gələcəyi istisna deyil.

Tura AVF – “Abşeron” oyunu ilə yekun vurulacaq. Adnan Kistakın komandasının bir qədər artırdığını nəzərə alsaq, görüş gərgin keçəcək. Lakin Eldar Yusubovun yetirmələrinin də xal itirəcəyi inandırıcı görünmür. Çünki onlar ilk 2 dövrədə rəqiblərinə 1 set belə uduzmayıblar.

 

 

Super Liqa

VIII tur

13 mart

 

15:00. “Azərreyl” – “Lokomotiv”

I dövrə: “Azərreyl” – “Lokomotiv” – 3:0 (25: 21, 25:10, 25:13)

II dövrə: “Lokomotiv” – “Azərreyl” - 0:3 (14:25, 15:25, 21:25)

 

17:00. AVF – “Abşeron”

I dövrə: AVF – “Abşeron” – 0:3 (19:25, 18:25, 16:25)

II dövrə: “Abşeron” – AVF - 3:0 (25:15, 25:15, 25:18)

 

 

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

7

7

0

21-2

570-413

21

2

Abşeron

7

5

2

16-6

501-424

15

3

AVF

7

2

5

7-15

444-485

6

4

Lokomotiv

7

0

7

0-21

332-525

0


 

XƏBƏR LENTİ