"Bavariya"nın 3 futbolçusu "Beşiktaş"a qarşı oynamayacaq

Sayta qoyulub: 08:35 13.03.2018 (175 dəfə oxunub)

"Bavariya"nın daha bir futbolçusu sıradan çıxıb. Korenten Tolisso Almaniya Bundesliqasının 26-cı turunda “Hamburq”la  oyunda (6:0) zədələnib.

Fransız yazımmüdafiəçi bir müddət komandasına kömək edə bilməyəcək. O, Çempionlar Liqasının 1/8 final mərhələsində “Beşiktaş”la cavab oyununu da buraxacaq.

Tolissodan başqa, Kinqsli Koman və Manuel Noyer də zədə səbəbindən İstanbuldakı oyunda meydana çıxmayacaq.

Qeyd edək ki, “Beşiktaş” - “Bavariya” oyunu martın 14-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

XƏBƏR LENTİ