E.Okon: “İlk yarışa hazırıq”

Sayta qoyulub: 07:45 13.03.2018 (120 dəfə oxunub)

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Avstraliya yarışından əvvəl hər şeyə hazırlaşıblar.

F-1.az xatırladır ki, fransalı sürücü testlərin ikinci həftəsində 293 dövrə vuraraq 14-cü olmuşdu.

Esteban Okon: “İlk yarışdan əvvəl özümü boliddə yaxşı hiss edirəm. Testlərdə istədiyimiz hər işi gördük. Xüsusilə cümə günü 160 dövrə vurmaq vacib idi. Komanda əla iş gördü. Yaxşı hazırlaşdıq. Təkərlərlə bağlı daha çox məlumatımız var. Avstraliya yarışında mübarizə aparmaq üçün səbirsizlənirəm. Əbu Dabi yarışından çox vaxt keçib. Yenidən yarışmaq həzz verəcək. Hazırda neçənci olduğumuzu proqnozlaşdırmaq mümkünsüzdür”.

XƏBƏR LENTİ