Hamburq baş məşqçisi istefaya göndərdi

Sayta qoyulub: 07:45 13.03.2018 (115 dəfə oxunub)

Hamburq rəhbərliyi baş məşqçi Bernd Hollerbaxı istefaya göndərmək qərarına gəlib. Buna səbəb uğursuz nəticələr və son turda Bavariyaya böyük hesablı (0:6) məğlubiyyətdir.


Klubun mətbuat xidmətinin məlumatına görə mövsümün sonuna qədər komandanı U-21-in baş məşqçisi Kristian Tits çalışdıracaq.Xatırladaq ki, Xollerbax yanvarın 22-də Gizdolu baş məşqçi postunda əvəz etmişdi.


Klub 26 turda yalnız 18 xal toplayaraq bundesliqanı tərk etməyə namizəddir. Bu vaxta qədər Hamburq bundesliqanı tərk etməyib.

XƏBƏR LENTİ