Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Sayta qoyulub: 07:23 13.03.2018 (192 dəfə oxunub)

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.


Azərbaycanlı şahmatçı III turda Fabiano Karuana ilə üz-üzə gəlib. ABŞ təmsilçisi ilə görüş heç-heçə ilə başa çatıb.


Şəhriyarın xal itkisi turu qələbə ilə başa vuran Vladimir Kramnikin liderliyi ələ keçirməsi ilə nəticələnib.


Qeyd edək ki, Şəhriyar martın 14-də autsayder Uesli So ilə qarşılaşacaq.

XƏBƏR LENTİ