Arazın komandası məğlub oldu

Sayta qoyulub: 10:43 12.03.2018 (122 dəfə oxunub)

Kipr çempionatında 28-ci turun oyunları keçirilir. Millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” evdə “Apollon”la üz-üzə gəlib. Görüş Famaqusta təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Araz oyunun 48-ci dəqiqəsində meydana daxil olub. 28 turdan sonra 57 xala malik olan “Anortosis” 3-cü pillədə qərarlaşıb.

XƏBƏR LENTİ