Miçel "Neftçi" ilə oyunu buraxacaq

Sayta qoyulub: 10:28 12.03.2018 (120 dəfə oxunub)

"Qarabağ" Topaz Premyer Liqasının 20-ci turunda "Neftçi"nin qonağı olacaq. Ağdam təmsilçisi paytaxt klubuyla matça ciddi itkiylə çıxacaq. Komandanın yarımmüdafiəçisi Migel Markos Madera "Zirə" ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Limiti dolduran ispaniyalı futbolçu "Neftçi" ilə matçı buraxacaq. Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.

XƏBƏR LENTİ