K.Rəykkönen Qrinvudla işləməyə davam edəcək?

Sayta qoyulub: 10:22 12.03.2018 (132 dəfə oxunub)

2014-cü ildən Kimi Rəykkönenin yarış mühəndisliyini edən Deyv Qrinvud ilk 4 yarışda finlandiyalı sürücü ilə işləyə bilər.

F-1.az xatırladır ki, Qrinvud 2014-cü ildə Manor komandasından Ferrari-yə keçmiş və gəldiyi gündən etibarən Kimi Rəykkönenin yarış mühəndisi olmuşdu. Lakin britaniyalı mühəndis 2017-ci ilin sonunda sabiq komandası Manor-dan təklif almış və onu qəbul etmişdi.

Buna baxmayaraq, Finlandiyada nəşr olunan Turun Sonomat qəzeti yazıb ki, Qrinvud Barselonadakı qış təstlərində 38 yaşlı sürücü ilə işləyib və ilk 4 yarışda peletonun ən yaşlı sürücüsü ilə işləyəcək.

Qeyd edək ki, Ferrari komandası Deyvin əvəzinə Karlo Santini gətirmək qərarını almışdı. Əgər belə olsa, Santi vəzifəsinə İspaniya Qran Prisindən başlayacaq…

XƏBƏR LENTİ