"Qəbələ"nin kapitanı "Keşlə"yə qarşı oynamayacaq

Sayta qoyulub: 19:09 11.03.2018 (123 dəfə oxunub)

"Qəbələ"nin kapitanı "Keşlə"yə qarşı oynamayacaq
 

Topaz Premyer Liqasının XX turunda səfərdə "Keşlə"nin qonağı olacaq "Qəbələ"nin heyətində itkilər var. "Qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk bir neçə aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. 

Belə ki, komandanın kapitanı Cavid Hüseynovun bakılılarla matçda iştirak etməyəcəyi dəqiqdi. "Kəpəz"lə qarşılşamadan öncə zədə alan təcrübəli futbolçu bir neçə gün sonra məşqlərə start verəcək. Bir müddətdi zədədən əziyyət çəkən Steven Monrozun oynayıb-oynamayacağı hələlik dəqiqləşməyib. 

Qeyd edək ki, "Keşlə" - "Qəbələ" matçı martın 13-də keçiriləcək. 

XƏBƏR LENTİ