Qurban Qurbanov "Sumqayıt"ın bombardirini milliyə çağıracaq

Sayta qoyulub: 16:35 11.03.2018 (192 dəfə oxunub)

Qurban Qurbanov "Sumqayıt"ın bombardirini milliyə çağıracaq
 

Topaz Premyer Liqasının cari mövsümündə adından söz etdirən hücumçulardan biri Amil Yunanovdur. Dünən “Səbail”ə qarşı keçirilən matçda fərqlənən Yunanov bununla 8-ci qolunu vurmuş oldu. Bu məhsuldarlığa rəğmən Yunanov hələ də milli komandaya dəvət ala bilmir. Belə ki, millimizin yeni baş məşqçisi Qurban Qurbanov Yunanovu Antalya toplanışına aparmamışdı. Yunanovun sərgilədiyi oyun Qurban Qurbanovun beynində olan digər suallara aydınlıq gətirib. Məsələ burasındadır ki, Qurbanov Amil Yunanovun adını namizədlər siyahısına yazıb. Yunanovun ad-soyadını böyük ehtimalla Belarus və Makedoniya ilə yoldaşlıq oyunları üçün açıqlanacaq heyətdə görəcəyik. Qeyd edək ki, Yunanov cari mövsümdə vurduğu 8 qolla komandasının bombardiridi. 

XƏBƏR LENTİ