R.Kubitsa bolidlərin ağırlaşmasından

Sayta qoyulub: 10:13 10.03.2018 (96 dəfə oxunub)

Williams komandasının test sürücüsü Robert Kubitsa bildirib ki, yeni bolidlər ağır olduğu üçün arıqlamalıdır.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza etdikdən sonra, keçən il testlərdə yenidən sükan arxasına qayıtmışdı. Bu il Robert artıq Williams komandasının test sürücüsü kimi Barselonada trasa çıxıb.

Robert Kubitsa: “Yeni bolidlərdə ilk hiss etdiyim fərq ağırlıqdır. İndiki bolidlər 60 kiloqram ağırdır. Yavaş döngələrdə avtobusu xatırladır.

Əvvələr 600 kiloqramdan bir az ağır idi və 50 kiloqramlıq ballast qoyulurdu. Təkərlər də qısa ömürlüdür. Buna görə də bütün yarış limitlərdə sürmək olmur. Hər şeyə nəzarət etmək lazımdır. Rəqibi izləyərkən məsafəni də qorumaq lazımdır. Çünki bolid qızır. Əgər ağırlıq azalsa, əksər problemlər aradan qalxacaq.

İndiki sürücülər, deyəsən, tənbəlləşiblər. Yaxşı sürücü radio vasivəsitəsilə komandasından kömək almamalıdır”.

XƏBƏR LENTİ