Ufuk Budak yenidən millimizdə - Türkiyə mətbuatı

Sayta qoyulub: 10:01 10.03.2018 (173 dəfə oxunub)

"Samsunspor"un müdafiəçisi Ufuk Budak yenidən millimizə dəvət alıb.


Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, milliləşdirilmiş futbolçu yığmamızın martın 23-də Belarus, 27-də isə Makedoniya ilə keçirəcəyi yoldaşlıq oyunlarına çağırılıb. Budakın Türkiyə 1-ci liqasının qarşıdakı turunun “Boluspor”la oyunundan sonra Azərbaycan millisinin düşərgəsinə yollanacağı qeyd olunub.


Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov ötən həftə Budakın oyununu izləmək üçün köməkçisi Elçin Rəhmanovu qardaş ölkəyə göndərmişdi.

 

 

Ufuk Budak yenidən millimizdə - Türkiyə mətbuatı

 

 

 

qol.az

XƏBƏR LENTİ