"Sumqayıt"ın yeni prezidenti rəsmən açıqlandı

Sayta qoyulub: 18:32 09.03.2018 (128 dəfə oxunub)

"Sumqayıt"ın yeni prezidenti rəsmən açıqlandı

 

“Sumqayıt” Futbol Klubunun yeni prezidenti bəlli olub. Klubun yeni rəhbərinin adına Müşahidə Şurasının növbəti iclasında aydınlıq gəlib. Klubun saytının yaydığı məlumata görə, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu "Sumqayıt"ın prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. O, sonuncuların qərarı ilə prezidenti təyin olunub. Qeyd edək ki, Riad Rəfiyev bunadək milli komandalarımızın meneceri idi.

XƏBƏR LENTİ