Qremionun prezidenti Arturun Barsaya keçidinin yaxın günlərdə rəsmiləşəcəyini bildirdi

Sayta qoyulub: 08:15 09.03.2018 (184 dəfə oxunub)

Qremionun prezidenti Romildo Bolzan yaxın günlərdə Arturun Barselonaya keçidinin rəsmiləşəcəyini bildirib.


«Danışıqlar son mərhələyə qədəm qoyub. Sənədlər imzalanmasa da razılıqldə edilib.Fikrimcə bu həftənin sonuna qədər hər şey rəsmiləşməlidir», – deyə Bolzan qeyd edib.


Bir müddət əvvəl verilən məlumata görə Barsa yarımmüdafiəçi üçün 40 milyon avro ödəyəcək. Onun Kataloniya paytaxtına gələn qışda gələcəyi gözlənilir.

XƏBƏR LENTİ