AFFA İcraiyyə Komitəsi Media Komitəsiylə bağlı qərar verdi

Sayta qoyulub: 11:59 07.03.2018 (136 dəfə oxunub)

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. İclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovun keçirilən mətbuat konfransınfa ilk olaraq iclasda müzakirə edilən məsələlər barədə danışıb.


Məlum olub ki, İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ olub: “Birinci məsələ futzal federasiya ilə bağlı idi. Federasiya prezidenti Zaur Axundov son Avropa çempionatı barədə hesabat verdi. Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi təyin olundu. Çimərlik mövsümü artıq açılmaqda olduğundan, bu məsələ bizim üçün vacib idi. Zeynal yeganə futbolçudu ki, həm futbol, həm çimərlik futbolu, həm də futzalda qol vurub. Yəqin ki, Avropada bu uğura imza atan yeganə futbolçudu (gülür). Bunu araşdırmaq lazımdı. 


Daha sonra danışılmış oyunlarla bağlı müzakirələr oldu. Ancaq bu məsələ məxfi olduğu üçün sizə açıqlaya bilmərəm. Bu müzakirədə UEFA nümayəndəsi də iştirak etdi. Danışılmış oyunlarla bağlı mübarizəmizi davam etdirəcəyik. Daha 2 nəfərə xüsusi, 4 nəfərə isə adi təqaüd veriləcək”.


Baş katib böyük maraqla gözlənilən AFFA Media Komitəsi ilə bağlı da məsələ müzakirə olunduğunu söyləyib: “Bu qurumi iki ilə yaxındı bu qurum fəaliyyət göstərir. İcraiyyə Komitəsi ütün detallara nəzər yetirildi. Belə qərar qəbul olundu ki, bu qurum fəaliyyətini davam etdirsin. Ancaq yeni format qəbul olunmalıdı. Media Komitəsinin ilk ildəki fəaliyyəti çox uğurlu idi. Lakin ikinci ildə müəyyən problemlər yarandığından, qurumun yeni formatda fəaliyyət göstərməsi barədə qərar qəbul etdik. Bu məsələ aprel ayında müzakirə ediləcək. Sizinlə bir daha görüşərək, yeni formatı müzakirə edəcəyik”.

XƏBƏR LENTİ