V.Bottas həzz alıb

Sayta qoyulub: 10:08 07.03.2018 (137 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Valtteri Bottas hava şəraitindən razı qalıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü testlərin 5-ci günündə nahara qədər işləyib və 86 dövrə vuraraq, 1:20.596 zaman nəticəsi göstərib.

Valtteri Bottas
: “Bu gün şərait keçən həftəyə nisbətən daha yaxşı idi və hamımız buna görə sevincliyik. Bu gün çox dəyərli məlumatlar topladıq. Səhər bolidlə bağlı fərqli mexaniki sazlanmaları sınadıq və Medium təkərlə yarış tempində işlədik. Bolidlə bağlı yeni şeylər öyrənməyə davam edirik. Bolidin sazlanmalara olan reaksiyasına baxırıq. Bu gün 80-dən çox dövrə vurduq. Bu, yarış məsafəsindən artıqdır. Doğrudan da əla rəqəmdir. Bolid etibarlıdır. Sürməkdən həzz aldım”.

XƏBƏR LENTİ