UEFA-nın klublarımıza ayırdığı vəsaitin məbləği müəyyənləşdi

Sayta qoyulub: 10:08 07.03.2018 (151 dəfə oxunub)

2017-ci il ərzində futbol klublarına UEFA tərəfindən ayrılan maliyyə vəsaiti açıqlanıb.


Bu barədə AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2017-ci il üzrə İllik Hesabatında bildirilib. Məbləğ ümilikdə 37 milyon 48 min 16 manat təşkil edib.


Rəsmi sənədə əsasən, məbləğin 33 milyon 350 min 68 manatı "Qarabağ"ın, 1 milyon 570 min 640 mananatı "Qəbələ"nin, 996 min 626 manatı "Zirə"nin, 858 min 484 manatı "Keşlə"nin, hərəyə 202 min 957 manatı "Neftçi" və "Kəpəz"in, hərəyə 138 min 142 min manatı "Sumqayıt" və AZAL-ın ("Şüvəlan") hesabına köçürülüb.

 

 

UEFA-nın klublarımıza ayırdığı vəsaitin məbləği müəyyənləşdi

 

 

 

 

qol.az

XƏBƏR LENTİ