B.Ekklstoun niyə Çikaqoya icazə verməyib?

Sayta qoyulub: 14:10 06.03.2018 (110 dəfə oxunub)

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, keçmişdə Çikaqo Formula1 təqviminə daxil olmaq istəsə də, razılaşmayıblar.

F-1.az xatırladır ki, Liberty Media 2017-ci ildə idmanı aldıqdan sonra təqvimə bir neçə Amerika yarışı salmaq istəyir. Lakin Ekklstoun bildirib ki, Çikaqo vaxtılə təqvimə daxil olmaq istəsə də, tərəflər maliyyə cəhətdən razılaşa bilmədikləri üçün müqavilə bağlanmamışdı: “Beş il əvvəl Çikaqo ilə razılaşmışdıq. Lakin onlar Formula1 üçün lazımi vəsaiti ödəyə bilmədilər. Bundan başqa ora çox küləklidir. Beləliklə, müqavilə reallaşmadı”.

XƏBƏR LENTİ