Barselonanın 2 illik seriyası qırıldı

Sayta qoyulub: 08:41 02.03.2018 (333 dəfə oxunub)

İspaniya çempionatının 26-cı turunda Las Palmasın futbolçusu Kalyeri Barselonanın qapısına penaltini dəqiq yerinə yetirib.

 

Beləliklə də katalon klubunun 78 oyunluq seriyası qırılıb. Sonuncu dəfə Barselonanın qapısına primeroda penalti məhz 78 oyun əvvəl təyin edilmişdi.

 

Bu rekord seriya 2016-cı ilin fevral ayından davam edirdi.

 

Xatırladaq ki, La liqa tarixində Realın 2 dəfə belə uzun müddətli seriyası olub (1953-1956, 1969-1972).

XƏBƏR LENTİ