Barselona, 01.03.2018

Sayta qoyulub: 07:50 02.03.2018 (152 dəfə oxunub)

Bu il reqlamentdə ciddi dəyişikliklər olmadığından komandaların böyük problemlərlə qarşılaşacağı gözlənilmirdi. Hamı artıq ilk testlərdə böyük məsafələr qət etməyə ümid edirdi, lakin hava şəraiti bunun qarşısını alan faktor olub.

F-1.az bildirir ki, yağış və qara görə bu il vurulan dövrələrin sayı keçənilki ilk testlərlə müqayisədə iki dəfə az olub. Komandalar əlavə bir gün testlərin keçirilməsi məsələsində razılığa gələ bilməyiblər, lakin itirilən vaxtın kompensasiya edilməsi üçün son iki gündə nahar fasiləsi ləğv olunub. Testlərin dördüncü günündə Barselonada hava bir qədər isti olub, lakin səhər yağış yağıb. Buna görə də, günün ilk hissəsində işləyən sürücülər daha əlverişsiz şəraitdə işləyiblər.

İlk saatlarda yağış təkərlərlə trasa çıxan sürücülər bir qədər sonra keçid təkərləri ilə işləyiblər. Tras quruduqdan sonra isə sliklərə keçiblər. Sürücülər bu gün əvvəlki üç günlə müqayisədə, daha çox dövrə vurublar. Asfaltın temperaturu +20 dərəcəyə çatıb və nəticələr saatbasaat yaxşılaşıb.

Williams səhər Sirotkinin köməyindən istifadə edib. Sergey gün ərzində sliklərlə çıxış etməyən yeganə sürücü olub. Günün ikinci hissəsində onu Stroll əvəzləyib. Mercedes də proqramı sürücüləri arasında bölüb – səhər Bottas, günortadan sonra isə Həmilton sükan arxasında əyləşib. McLaren və Renault komandaları da eyni addımı atıblar.

Force İndia-da Serxio Peres ilk dəfə yeni maşını idarə edib. Bu gün də testlər iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Əvvəlcə Ferstappen 12-ci döngədə çınqıllığa çıxıb, daha sonra isə Stroll təhlükəsizlik zonasında maşını saxlamalı olub.

Protokollara Medium təkərlərlə göstərdiyi 1:19.333-lük nəticə ilə Həmilton rəhbərlik edib. Britaniyalı sürücünün bu nəticəsi həm də ilk testlərin ən yaxşısı olub.

Beləliklə, mövsümöncəsi ilk testlər başa çatıb. Komandalar bazalarına qayıdacaqlar, növbəti testlər isə gələn həftənin çərşənbə axşamı start götürəcək. Hava şəraitinin isə yaxşı olacağı vəd edilir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 44 Lyuis Həmilton Mercedes AMG 1:19.333 64 Medium
2 2 Stoffel Vandorn McLaren 1:19.854 + 0:00.521 110 Hypersoft
3 5 Sebastyan Fettel Ferrari 1:20.241 + 0:00.908 110 Soft
4 20 Kevin Maqnussen Haas 1:20.317 + 0:00.984 88 SuperSoft
5 14 Fernando Alonso McLaren 1:20.929 + 0:01.596 43 SuperSoft
6 55 Karlos Sayns Renault 1:20.940 + 0:01.607 50 Medium
7 18 Ləns Stroll Williams 1:21.142 + 0:01.809 51 Soft
8 11 Serxio Peres Force İndia 1:21.973 + 0:02.640 63 Soft
9 33 Maks Ferstappen Red Bull 1:22.058 + 0:02.725 35 Soft
10 10 Pyer Qasli Toro Rosso 1:22.134 + 0:02.801 139 SuperSoft
11 27 Niko Hülkenberq Renault 1:22.507 + 0:03.174 49 Soft
12 77 Valtteri Bottas Mercedes AMG 1:22.789 + 0:03.456 60 Medium
13 16 Şarl Lekler Sauber 1:22.808 + 0:03.475 51 Soft
14 9 Markus Eriksson Sauber 1:23.825 + 0:04.492 79 SuperSoft
15 35 Sergey Sirotkin Williams 1:31.979 + 0:12.646 47 Keçid

 

XƏBƏR LENTİ