Barselona, 27.02.2018

Sayta qoyulub: 07:45 01.03.2018 (195 dəfə oxunub)

Komandalar ilk gün soyuq havadan şikayət etmişdilər. Bu gün səhər isə temperatur hətta sıfır dərəcədən aşağı olub. Sürücülər ilk saatları bokslarda keçiriblər, çünki belə hava şəraitində təkərləri qızdırmaq mümkün deyildi.

F-1.az bildirir ki, itirilən vaxtın kompensasiya edilməsi üçün nahar fasiləsi ləğv edilib. Nəticədə sürücülərin əksəriyyəti uzun məsafə qət edə biliblər. Komandalar testlərin daha bir gün uzadılması məsələsini müzakirə ediblər, lakin müsbət qərar qəbul edilməyib. Trasda cümə və şənbə günlərində Williams və Ferrari komandaları çəkiliş günü keçirəcəklər.

Mercedes sürücülərin iş qrafikində dəyişiklik edib və maşın günün sonuna qədər Valtteri Bottasın ixtiyarına verilib. Williams-da isə nahar fasiləsindən sonra Sirotkinin Kubitsa tərəfindən əvəzlənəcəyi deyilmişdi, lakin komanda əsas sürücüsünə 2 saat çox vaxt verib. Polşalı sürücü sükan arxasına keçdikdə hava şəraiti daha yaxşı olub və Sergeydən daha yaxşı nəticə göstərib.

Testlər iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Əvvəlcə Lekler dördüncü döngədə trasdan çıxıb və onun maşını təxliyə edilib. Sonra isə yerində fırlanan Fettel asfaltı çınqılla doldurub. Lakin təmizlənmə işi tez başa çatıdırılıb.

Ferstappen yanacaq sızıntısına görə xeyli vaxt itirib. Dünən 100-dən çox dövrə vuran komanda yoldaşı Rikkardo maşından razı qalmışdı, lakin artıq bu gün problemlər üzə çıxıb. Bununla belə, Ferstappen də RB14 barədə müsbət düşüncədə olduğunu bildirib. Dünən proqramı tam yerinə yetirə bilməyən McLaren komandası üçün bu gün də fərqli olmayıb. Maşında yaranmış problemə görə Vandorn günün böyük hissəsini boksda keçirməli olub və cəmi 37 dövrə vura bilib.

Hava axşama yaxın yenə soyuyub və bir az qar yağıb. Sürücülər keçid təkərlərlə trasa qayıdıblar.

Protokollara Fettel başçılıq edib – alman sürücü Soft təkərlərlə 1:19.673-lik nəticə göstərib. O, həm də dövrə sayına görə lider olub.

Sabah üçün yağış vəd edilir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 5 Sebastyan Fettel Ferrari 1:19.673 98 Soft
2 77 Valtteri Bottas Mercedes AMG 1:19.976 + 0:00.303 94 Medium
3 2 Stoffel Vandorn McLaren 1:20.325 + 0:00.652 37 Hypersoft
4 33 Maks Ferstappen Red Bull 1:20.326 + 0:00.653 67 Medium
5 55 Karlos Sayns Renault 1:21.212 + 0:01.539 65 Soft
6 10 Pyer Qasli Toro Rosso 1:21.318 + 0:01.645 82 Soft
7 40 Robert Kubitsa Williams 1:21.495 + 0:01.822 48 Soft
8 35 Sergey Sirotkin Williams 1:21.822 + 0:02.149 52 Soft
9 31 Esteban Okon Force İndia 1:21.841 + 0:02.168 79 Soft
10 16 Şarl Lekler Sauber 1:22.721 + 0:03.048 81 Soft
11 20 Kevin Maqnussen Haas 1:22.727 + 0:03.054 36 Soft

 

XƏBƏR LENTİ