Neymar zədələndi və ağlayaraq meydanı tərk etdi

Sayta qoyulub: 07:29 26.02.2018 (279 dəfə oxunub)

Marsellə oyunun 80-ci dəqiqəsində PSG-nin ulduzu Neymar zədələnərək meydandan çıxarılıb. Onu xərəklərə kənara aparıblar. Futbolçunun özü hətta ağlayıb da.

Komandanın baş məşqçisi oyun sonrası mətbuat konfransında forvardın vəziyyətinə aydınlıq gətiribı. Mütəxəssisin sözlərinə görə Neymarın zədəsi ciddi deyil və onun Realla oynamaq ehtimalı qalır.

Xatırladaq ki, PSG-Real qarşılaşması 8 gündən sonra keçiriləcək.

XƏBƏR LENTİ