“Qarabağ” Türkiyədə ilin ən yaxşı komandası seçilə bilər

Sayta qoyulub: 09:19 24.02.2018 (200 dəfə oxunub)

 

Türkiyənin məşhur “Milliyet” qəzeti “İlin idman mükafatları” adlı ənənəvi sorğusunu bu il də davam etdirir.

2017-ci ilin ən yaxşı komandaları arasında Azərbaycan çempionu, bu mövsüm UEFA Çempionlar Liqasında tarix yazan “Qarabağ” da yer alıb. Digər namizədlər isə Türkiyənin əlil futbolçulardan ibarət millisi, “Fənərbaxça”nın basketbol klubu, “Vakıfbank” voleybol klubu, “Beşiktaş” futbol komandası və əlil basketbolçulardan ibarət yığma komandadı.

Sorğu mart ayının 21-nə qədər davam edəcək.

Səsverməylə buradan tanış ola bilərsiniz: http://yilinsporcusu.milliyet.com.tr/Question.aspx

XƏBƏR LENTİ