Avroliqa oyunu öncəsi faciə

Sayta qoyulub: 09:26 23.02.2018 (186 dəfə oxunub)

Avropa Liqasının 1/16 final mərhələsinin "Atletik" (Bilbao) - "Spartak" (Moskva) oyunundan əvvəl faciə baş verib.


Matçdan öncə iki klubun azarkeşləri arasında davası zamanı Arias Qarsiya adlı ispaniyalı polis dünyasını dəyişib. O, davaya müdaxilə etmək istəyən vaxt infarkt keçirib. A.Qarsiya xəstəxanaya çatdırılsalar da, həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Bilbao şəhərindəki "San Mames" stadionu ətrafında baş vermiş dava nəticəsində 3 rus olmaqla 5 nəfər saxlanılıb.


Əlavə edək ki, oyun "Spartak"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşsa da, ilk görüşdə 3:1 hesabı ilə qalib gələn "Atletik" mərhələ adlayıb.

 

 

Avroliqa oyunu öncəsi faciə

 

 

 

qol.az

XƏBƏR LENTİ