M.Binotto SF71H-ın yeniliklərindən danışıb

Sayta qoyulub: 09:08 23.02.2018 (87 dəfə oxunub)

 

 

Ferrari komandasının texniki direktoru Mattia Binotto bildirib ki, boliddəki ən böyük dəyişiklik uzun təkər bazasıdır.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il daha qısa təkər bazası ilə yarışmış və ancaq Monako, Macarıstan və Sinqapur yarışlarında Mercedes-ə qarşı üstünlük qazanmışdılar.

“Gümüşü oxlar” isə keçən il daha uzun təkər bazası ilə yarışsalar da, bu il bazanı nisbətən qısaldıblar.

Mattia Binotto: “Yeni SF71H yaxşı təkmilləşmiş SF70H-ın güclü variantıdır. Keçənilki bolidimiz yavaş traslarda çox sürətli idi. 2018-ci il bolidini yığarkən bunu nəzərə aldıq və sürətli traslarda güclü olmağa fokuslandıq. Konseptimiz aqressivdir. Keçən il sürətli bolidimiz var idi və bu il çatışmayan tərəflərimizi düzəltməyə çalışdıq. Çox sürətli və etibarlı bolidimiz olacaq. Aerodinamika cəhətdən də inkişaf etmişik və süfətli traslarda özümüzü daha yaxşı göstərəcəyik.

Etibarlılıq məsələsinə də fokuslanmışıq. Hər sahədə etibarlı bolid hazırlamağa çalışdıq. Bəs əsas dəyişiklik nədir? Keçən illə müqayisədə daha uzun təkər bazasına sahib olacağıq. Aerodinamika cəhətdən isə saydpodda yenilik etdik və keçənilkinə nisbətən daha aqressivdirlər. SF71H-ın arxa tərəfi çox dar oldu. Komanda daha yaxşı paket hazırlamaq üçün çox işlədi. Arxa hissənin darlaşması aerodinamik performansın artmasına kömək edəcək. Bundan başqa hər sürücü cəmi 3 mühərrikdən istifadə edəcək və buna görə də güc qurğusunu təkmilləşdirdik. Görüntü cəhətdən ən vacib yenilik Halodur. Bu sistem bolidlə bütöv hala gəldi və bu, asan olmadı. Nəticədə bolid ağırlaşdı və ağırlıq mərkəzi dəyişdi. Bu da hava axınına təsir etdi. Mühərriyə və arxa tərəfə gələn havanın yönü dəyişdi. Çox işlədik və hər şey yaxşı görünür”.

 

XƏBƏR LENTİ