“Keşlə”də mükafat sistemi bərpa olunur

Sayta qoyulub: 19:35 22.02.2018 (126 dəfə oxunub)

“Keşlə”də mükafat sistemi bərpa olunur
 

Cahangir Hacıyevin məlum duruma düşməsindən sonra “İnter”in keçdiyi yol hər kəsə bəllidir. Transfer qadağasına belə məruz qalan klub daha sonra adını dəyişib “Keşlə” oldu. Hazırda “Keşlə”nin maliyyə baxımından sıxıntısı yoxdur. Futbolçular maaşlarını vaxtında alırlar. Bizdə olan son məlumata görə, Zaur Axundov klubda mükafat sistemini də bərpa edəcək. Hətta oyunçulara “Kəpəz” üzərindəki səfər qələbəsinə görə mükafat da veriləcək.

 
 

XƏBƏR LENTİ